“SAĞLIQ OLSUN” – tibbi, elmi-kütləvi, həftəlik veriliş. Lider televiziyasında həftə içi 5 gün, saat 16:00-dan 17:00-dək yayımlanır. Məqsəd – əhalinin tibbi maariflənməsi və təbabətdə olan yeniliklərlə tanışlıqdır. Verilişdə tamaşaçıları maraqlandıran və tibbin bütün sahələrini əhatə edən geniş spektrli mövzulara ixtisaslı, peşəkar mütəxəssislər tərəfindən aydınlıq gətirilir.