“Mən Azərbaycanlıyam” intellektual telelayihəsi birbaşa Azərbaycanın tərənnümünə həsr edilmiş ilk milli televiziya oyunudur.Məhz bu xüsusiyyəti ilə o sələflərindən, yəni bu vaxtadək yerli teleməkanda izlədiyimiz analoji teleproqramlardan kifayət qədər fərqlənir.