"Mən Azərbaycanlıyam" milli-bilik yarışmasının 5-ci mövsümü başa çatdı

    "Mən Azərbaycanlıyam" milli-bilik yarışmasının 5-ci mövsümü başa çatdı.

 

Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin birbaşa təşəbüssü və dəstəyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin eləcə də Təhsil Nazirliyinin dəstəyi ilə artıq 6-ci ildirki Azərbaycan Televiziyası vasitəsi ilə dünyaya yayımlanan "Mən Azərbaycanlıyam" milli-bilik yarışması ölkəmizin minlərlə gəncini öz ətrafına toplayıb.

   Ötən 5 uğurlu  mövsüm ərzində on minlərlə gənc Ulu Öndərin "Mən Fəxr edirəm ki, Azərbaycanlıyam" kəlamının böyük qüvvəsi ilə Azərbaycanı tanımalı və tanıtmalıyıq devizi altında Doğma diyarımızın tarixini, ədəbi - mədəni irsini,  coğrafiyasını vərəqlədi.

   Danılmaz bir həqiqətdir ki,  "Mən Azərbaycanlıyam" milli-bilik yarışması kimi layihələr böyük əhəmiyyət kəsb edir. Çünki o lahiyənin əsas məqsədi  gənc nəsildə milli qürur, vətənpərvərlik, torpağa, vətənə, milli mənsubiyyətə hörmət, mənəvi dəyərləri qiymətləndirmək kimi vacib hisləri daha da inkişaf etdirməkdir. Həmçinin gəncliyin vasitəsi ilə  Azərbaycanı daha geniş rakursdan işıqlandırmaqdır. Layihənin əsas qayəsi Millilikdir.

  Bu layihə sübut etdi ki, Azərbaycanın uğurlu gəncliyi var. Bu gənclik Vətən üçün xariqələr yaratmağa, biliyi,savadı,intellekti ilə Azərbaycanı dünya çapında tanıtdırmağa qadir və hazırdır. "Mən Azərbaycanlıyam" milli-bilik yarışmasının ilk 2 mövsümündə Azərbaycan gəncləri fərdi şəkildə qeydiyyatdan keçib oyuna qatıldılar. 3-cü mövsüm əvvəlkilərindən fərqləndi. Bu dəfə  respublikanın Ali təhsil ocaqları yarışdı. Yarışmanın 4cü mövsümündə də gənclər ilk 2 mövsüm kimi fərdi şəkildə qeydiyyatdan keçib oyuna qatıldılar. 

  "Mən Azərbaycanlıyam" milli-bilik yarışmasının 5-ci mövsümünə isə may ayının  4-ündən start verildi.  Bu mövsüm də digərlərindən fərqləndi. Bu dəfə respublikanın bölgə gəncləri yarışdı. Respublika çempionatında Quba, Sumqayıt, Gəncə, İsmayıllı, Lənkəran, Şəmkir, Ucar, Xaçmaz, Şabran, Xızı,Saatlı, Qusar, Tərtər, Yardımlı, Mingəçevir, Sabirabad, Ağsu, Şamaxı, Biləsuvar,  Şəki, Tovuz, Masallı, Zaqatala, Qəbələ, Lerik, Ağdam, Göyçay, Şirvan, Kürdəmir, Ağcabədi, Füzuli, Naxçıvan, Qazax, Beyləqan, Cəbrayıl, Balakən, İmişli, Qax, Gədəbəy və Abşeron rayonlarının gəncləri iştirak etdilər. Mövsüm ərzində 400-dən çox gənc mövsüm iştirakçısı adını qazandı. Hər həftə rayonlarını təmsil edən 10 iştirakçıdan biri həftənin qalibi oldu. Daha sonrakı mərhələlərdə isə on həftənin qalibləri arasında keçirilən onluq oyunlarında ilin dörtlüyündə yer alacaq qalib rayonlar müəyyən edildi.

 5 mövsüm ərzində 199 gənc   "Mən Azərbaycanlıyam" milli-bilik yarışmasının qalibi adına layiq görüldü. Onlardan 15 nəfəri 2-ci yerin sahibi oldu. 5 nəfər isə  “İlin Qalibi” fəxri adını alaraq ən yüksək pilləyə qədəm qoydu.

   İlk mövsümün qalibi Bakı Dövlət Universiteninin tələbəsi Elvin Abbaslı oldu. 2-ci mövsüm Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Toğrul Niyazlıya böyük uğur gətirdi. 3-cü mövsüm Fərahim Hüseynzadə Bakı Dövlət Universitetini qalib etdi. 4-cü mövsüm yeni qalibi tanıtdı. Bu Bakı şəhəri 218 saylı orta məktəbin 11-ci sinif şagirdi Qoşqar Mürsəlzadə idi.

 5-ci ən maraqlı mövsümdə Azərbaycanın  rayonları yarışdı. Və gərgin mübarizədə Nərmin Rüstəmova Ağcabədinin adını qalib etdi. Respublika Çempionatında iştirak edən rayonların oyunlarına youtube kanalımızda da izləyə bilərsiniz.

https://www.youtube.com/watch?v=EuzzPKKdCa8&list=PLHBS5KBHUd6zj-V_ClDDNgFUU1G62LgG1.

 

  Hansı yaşda olduğumuzdan asılı olmayaraq hər birimiz  Vətənimizi yaxşı tanımalı və tanıtmaq üçün kifayət  qədər biliklərə malik olmalıyıq.  Və hər birimiz bilik və bacarığımızı Vətənin inkişafi, çiçəklənməsi yolunda sərf etməliyik.  Belə olduğu halda harda olduğumuzdan asılı olmayaraq fəxrlə MƏN AZƏRBAYCANLIYAM deyə bilərik.

 

 

 

 

 

Sosial şəbəkələrdə yayımla