İlin ən yaxşı televiziya layihəsi

Dekabrın 24-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların yaxşısı – 2013” mükafatının təqdim olunması mərasimi keçirilmişdir. Tədbirdə Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkili Fəttah Heydərov, professor Çingiz Abdullayev, Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov və digər rəsmi qonaqlar, həmçinin Qeyri Hökümət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, İdman Federasiyaları, Kütləvi İnformasiya Vasitələri, idman klubları, idman cəmiyyətləri iştirak etmişdilər. Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirmişdir. Vurğulamışdır ki, idman infrastrukturu təkcə paytaxtda deyil, bölgələrdə də təkmilləşdirilir və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Hazırda ölkə idmanında kütləvilik gündən-günə artmaqdadır. Daha sonra bir çox rəsmi qonaqlar çıxış edərək ölkəmizdə uğurlu idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıraraq hazırda bu xəttin layiqincə davam etdirildiyini və Baş İdarə tərəfindən “Yaxşıların yaxşısı” mükafatının təsis olunmasını yüksək qiymətləndirərək bacarıqlı ölkə gənclərinin mükafatlandırılmasının əhəmiyyətindən danışmışlar. Sonra il ərzində gənclər, idman və kütləvi bədən tərbiyəsi sahəsi üzrə, vətənpərvərlik, istedadlı və yaradıcı gənclər, Qeyri Hökumət Təşkilatları, Tələbə Gənclər Təşkilatları, ictimayi birliklər, idman federasiyaları, klub və cəmiyyətlər, kütləvi informasiya vasitələrinin nümayəndələri, yüksək nailiyyətlər əldə etmiş paytaxt gəncləri və idmançıları , “Yaxşıların yaxşısı –2013” mükafatı ilə təltif olunmuşlar. "MAG" verilişi bu mərasimində "ilin ən yaxşı televiziya layihəsi" nominasiyasında mükafata layiq görüldü.

Sosial şəbəkələrdə yayımla