MAG verilişinin uğurları

 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının 4 yaşı münasibətilə keçirilənən tədbirdə "MAG" -da mükafatlandırıldı. Qeyd edək ki, 2009 ildə təsis olunan ATGTİ artıq 4 ildirki fəaliyyət göstərir. Təşkilat bu illər ərzində ali və orta ixtisas məktəblərində təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, ölkənin ictimai-siyasi, mədəni,sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməyi qarşısına məqsəd qoymuşdur. ATGTİ 500-dən çox yerli və beynəlxalq layihə həyata keçirib və keçirilən layihələrdə 100 mindən çox tələbə-gənc iştirak etmişdir. Hal-hazırda Avropa Tələbələr Birliyinin tam hüquqlu üzvü, regionun ən böyük tələbə təşkilatı olan ATGTİ özündə Azərbaycanın 109 ali və orta ixtisas təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarını birləşdirərək, ətrafında 30 minə yaxın tələbə kütləsini cəmləyib. 26 dekabr 2013 ildə keçirilən mərasımdə dövlət rəsmiləri, səfirlər, QHT, KİV nümayəndələri və tələbələr iştirak etmişdilər. MAG verilişi 2013 il ərzində ATGTİ-in tələbə-gənclərin inkişafına yönəlmiş fəaliyyətinin işıqlandırılmasına və ictimaiyyətə çatdırılmasına göstərdiyi dəstəyə görə mükafata layiq görülüb. Həm dostlarımızı, həm də özümüzü təbrik edirik.

Sosial şəbəkələrdə yayımla