Vətən Sağ Olsun 2 -Çağırarsa Vətən

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, MZ Production və AzTV-nin birgə layihəsi olan Vətən Sağ Olsun 2 -Çağırarsa Vətən artıq final buraxılışını tamaşaçılara təqdim etdi. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə MZ production tərəfindən hazırlanırdı. 10 gəncin qatıldığı bu layihənin qalibləri artıq məlumdur. Onlar, birinci yerin sahibi Ağayev Ramazan, ikinci yerin sahibi Budaqov Mahir, və üçüncü yerin sahibi Kərimov Mirzədir. Qalibləri təbrik edirik!

Sosial şəbəkələrdə yayımla