Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil edilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş  2013-cü ilin iyunun 1-dən start götürən bu oyunda indiyə kimi 190000-dən çox iştirakçı qeydiyyatdan keçərək öz biliklərini sınamaq imkanı əldə ediblər.

 Yarışın şərtlərinə uyğun olaraq ongünlüklərin qaliblərinə netbuk tipli kompüterlər və superfinalda iştirak etmək imkanı, ilk 100-lüyə daxil olan digər iştirakçılara isə həvəsləndirici mükafatlar - “Nar Mobile” və “Bakcell” şirkətləri tərəfindən təqdim edilmiş 10 manatlıq mobil telefon danışıq kartları, ayın qaliblərinə isə “Iphone” mobil telefonları və mini “Ipad” planşetləri təqdim olunur.

 Artıq ongünlüklərin qaliblərindən 150 nəfər netbuk tipli kompüter, 1500 nəfərə 10 manatlıq mobil telefon danışıq kartı, ayın qalibi olmuş 12 nəfər isə “Iphone” mobil telefonu və mini “Ipad” planşeti qazanıblar.

 Yarışma dekabr ayının 1-dək davam edəcək və dekabrın ilk həftəsi yarışmanın qalibləri arasında superfinal oyunu təşkil ediləcəkdir.

Sosial şəbəkələrdə yayımla