Vətən Sağ Olsun 2 -Çağırarsa Vətən!

Vətən Sağ Olsun 2 -Çağırarsa Vətən   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, MZ Production və AzTV-nin birgə layihəsidir.  Hər həftənin bazar ertəsi,  saat 21:00-da, AzTV efirində  yayımlanır.

 Qeyd edək ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş  «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramına əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə MZ production tərəfindən hazırlanır.

Layihənin əsas məqsədi gənclərin hərbi-vətənpərvərlik ruhunu yüksəltməkdir. 
Yarışmaya qatılmaq istəyənlərin sayı, bu mövzuya olan marağın çox yüksək olduğunu göstərir.

 Hərbi xidməti keçməyən 10 gənc əsl əsgər həyatını yaşayıb, qarşılarına qoyulan tapşırıqları yerinə yetirməlidirlər.   Hər həftə layihəni bir gənc tərk edir. Qeyd edək ki, sona qalan üç iştirakçı-əsgər  pul mükafatına layiq görüləcək.

 

Sosial şəbəkələrdə yayımla