Fariz: “Mənim olduğunu hər addımda hiss etdirməlidir”
Mag verilişinin gənc və yaraşıqlı aparıcısı Fariz İlyasov Publika.Az-ın qonağı olub. Qeyd edim ki, Fariz İlyasov 1993-cü il təvəllüdlüdür. Uşaq yaşlarından incəsənətə meylli olub və musiqiyə böyük maraq göstərib. Özünü həmişə böyük səhnələrdə kameralar önündə görməyi arzulayıb. Məktəbdə nümunəvi olduğu üçün şagirdlər arasında seçilib. Fariz, özünü zarafatcıl, dəlisov,  tələbkar, inadkar, eqoist, tutduğunu qoparan və kənardan özündən razı təəssüratı bağışlayan xəyalpərəst insan kimi təsvir edir… 
 
Hazırda Bakı Slavyan Universiteinin filolagiya fakültəsinin 3-cu kursunda ingilis dili müəllimliyi üzrə təhsil alır. Bir müddət universitetinin nəznində fəaliyyət göstərən T.O.T.E.M teatırında aktyor kimi də fəaliyyət göstərib. 
 
Bu isə həqiqətən də çətin məsələdir...
 
- Aparıcı olmaq üçün yaraşıqlı olmaq şərtdirmi? 
- Hər bir izləyici televiziya qarşısında oturarkən ürəkaçan sima görmək istəyir. Verilişin baxımlı olması üçün yaraşıq müəyyən qədər rol oynaya bilər. Lakin aparıcının yaraşıqlı olması ikinci dərəcəli faktordur. Burada əsas məqam, kütlənin diqqətini çəkə bilməkdir. Məsələn, yaraşıqlı olmayan aparıcıların verilişlərinə oturub elə maraqla baxırsan ki, ondan zövq alırsan. Deməli, yaraşıq deyil, aparıcının verilişdə yaratdığı obraz  və bu obrazı sevdirə bilmək daha vacibdir. Bu isə həqiqətən də çətin məsələdir. 
 
- Sizin  aparıcı olmağınız da görünüşünüz rol oynayıb ya istedadınız kömək edib? 
- Görünüş insana bir yerə kimi kömək edə bilər. "İnsanı geyiminə görə qarşılayıb ağlına görə yola salırlar". İlk seçimlərdə xarici görünüş mənə kömək etdi amma sonrakı günlərdə artıq görünüş əhəmiyyət daşımır. Sənin qoyulan mövzuya münasibətin və fikirlərin, danışığın, səsin müxtəlif anlarda verdiyi reaksiyalar və.s yoxlanıldı və mən seçildim. Köməyimə isə hər ikisi də gəldi. 
 
- Verilişlə bağlı tənqidlər gəlirmi və bu tənqidləri necə qarşılayırsınız? 
- Veriliş ilk dəfə efirə gedən gündən biz tənqidləri açıq şəkildə qəbul edirik. Efirdən bütün izləyicilərimizə müraciət edib tənqid, irad, təklif və maraqlı fikirlərini facebook səhifəmizdən yazıb bildirməsini söyləyirik. Tənqid olmayan yerdə, inkişafdan söhbət gedə bilməz. MAG-ın qulağı sağlam tənqidə hər zaman açıqdır. 
 
- Hansı geyim üslubuna üstünlük verirsiniz ? 
- Özümü polo-klassik üslubda tapıram. Tam klassik üslub məni sıxır, idman geyimdə isə özümə inamım azalır.
         
 Başımı ağrıdanlar çox olub...
 
- Tanınmış və yaraşıqlı kişilər qadınlar tərəfindən bəyənilir və çox zaman narahat edilir. Siz isə sosial şəbəkələrdə çox aktivsiniz. Sizi narahat edən qızlar çox olur? Necə reaksiya verirsiniz?
- Məni yaraşıqlı hesab edən hər kəsə təşəkkür edirəm. (Gülür) Sosial şəbəkələrin aktiv istifadəçisiyəm amma şəxsən tanımadıqlarıma inbox-da zərurət olmadıqca cavab vermirəm. Çünki səmimiyyətimdən istifadə edib başımı ağrıdanlar çox olub. Bəzən həqiqətən də çox narahat edirlər...  Amma insanların məni daha yaxından tanıması üçün hər gün profilimi yaxından izlədiyini görəndə və sevgisini his edəndə sevirəm. Onlara da hər gün yorulmadan və bezmədən məni müsbət ruhda motivasiya etdiyi üçün təşəkkür edirəm. 
 
- Sevgi etirafları gəlirmi?  
- Bəli, gəlir mən də Nicole Scherzingeri sevirəm, nə olsun? (Gülür)  Bu sevgi başqa sevgidi bunu ancaq yaşayanlar başa düşməyə qadirdir. 
 
Yadplanetlilərin arasına düşsə...
 
- Tək qalmağı xoşlayırsınımzı və internetsiz, facebook-suz, telefonsuz nə qədər qala bilərsiniz? 
- Əvvəllər tək qalmaqdan sıxılırdım, həmişə cəmiyyət içində olmaq istəyir, danışmaq, gülmək və vaxtımı insanlarla keçirməkdən zövq alırdım. İndi isə insanlar arasında çox olduğum üçün tez-tez tək qalmaq istəyirəm. Lakin bu, uzun çəkmir, dincimi alan kimi yenidən kütləyə qarışmağa tələsirəm. Mən sanqvinik temparametli insanam və psixoloqlar bu insanlar haqqında söyləyirlər ki, “Sanqvinik yadplanetlilərin arasına düşşə belə, onun üçün vəziyyət elə də cansıxıcı olmayacaq. Onlarla qısa zamanda dil tapa biləcəklər və həyatdan həzz almağı bacaracaq”. Bir sözlə, bu qəbildən olan insanlar istənilən şəraitə tez alışırlar. Mənim həyatım bu kimi vasitələrdən asılı deyil çünki istənilən şəraitdə həyatdan zövq ala bilərəm. 
 
Şəxsi münasibət mənim üçün ikinci planda qalır
 
- Öz sahənizdə uğur əldə etmək şəxsi münasibətlərə təsir edirmi? 
- Bir dəfə bir dostum mənim nə qədər "kariyerakolik" olduğumu görüb belə bir sual verdi: a varianti - kariyeranda istədiyin hər şeyi əldə edəcəksən amma tək olacaqsan sevdiyin şəxs səninlə olmayaq və ya b varianti - sevdiyin şəxslə birlikdə olacaqsan və kariyeranda da müəyyən uğurların olacaq amma istədiyin yerdə olmayacaqsan. Sən hansını seçərdin? Mən isə düşünmədən  A varinatını cavab verdim. Çünki məni ancaq işimdə qazandığım uğurlar xoşbəxt edə bilər. Şəxsi münasibət mənim üçün ikinci planda qalır. 
 
- Bu yaşda müəyyən qədər məşhur olmağınız öz həyatınızı istədiyiniz kimi yaşamağa imkan verirmi? 
- İnsanın həyatında hər şey istədiyi kimi gedə bilməz çünki hər şey insanın özündən asılı deyil. Burada ətrafın da böyük rolu var. Bütün bunlara baxmayaraq, özümü çox şanslı biri hesab edirəm, arzuladığım hər şey gec ya tez reallaşır. Ətrafımda  məni sevən, enerji aldığım və dəyər verdiyim insanlar olduğu üçün  uğurlarım da günü-gündən artır. 
 
           Mən başqa planetdən gəlirəm...
 
- Necə istirahət edirsiniz? Gəncsiniz və gəncliyiniz istədiyiniz kimi yaşamağa haqqınız var. Sizə klublarda rast gəlmək olar?
- Mən başqa planetdən gəlirəm. (Gülür)  Çox az hallarda haradasa rast gələ bilərsiniz. Çoxları məndən harada əyləndiyimi soruşur və əyləncə məkanlarında görünmədiyimi deyir. Mənim istirahətim dostlarımla oturub etdiyim səmimi söhbətdir. MAG kollektivi ilə həftə sonları yığışıb səmimi söhbət edir və şəhərə gəzməyə çıxırıq. Klublarda isə məni görmək mümkün deyil çünki mənim tərzim deyil. Çox nadir hallarda kollektivlə getsək, bəlkə görmək mümkün oldu. 
 
- Ən sevimli ətriniz nədir? 
- Mənim çox sevdiyim bir ətir var və onu hər yerdə axtarıram tapa bilmirəm. Çünki adını unutmuşam. (Gülür) Ondan sonra ən sevimli ətrim “XO extraordinary charismatic”-dir.
 
- Kitab oxumağa vaxtınız olurmu və hansı mövzuda kitablar oxuyursunuz?
- İstəyən hər zaman vaxt tapır. Müxtəlif mövzularda kitablar oxuyuram.  Hazırda Frederik Beqbeder-“Məhəbbət 3 il yaşayır”, Teodor Drayzer- “Kerry bacı” və Puşkinin “Kapitan qızı” əsərlərini oxuyuram.  
 
- İdmanla məşğul olursunuz?  
- Professional olaraq idmanla məşğul olmuram amma çəkimə, özümə çox diqqət edirəm. Formada qalmaq yaraşıqlı bədən quruluşuna sahib olmaq üçün fasilələrlə bodybuildinglə məşğul oluram və idmanı sevirəm. Təəssüf ki, son zamanlar səhhətimdə problemlər yarandığına görə ara verməli oldum. 
 
Mənim qadınım olduğunu hər addımda hiss etdirməlidir
 
- Bir xanım hansı hərəkəti ilə sizin diqqətiniz çəkə bilər? 
- Özünə güvənən, güclü, gözəl və ağıllı qadınlar diqqətimi çəkə bilər. Bunu necə edəcəklərini isə həmin qadınlar özləri bilir.
 
- Məktəb illərinə getsək, necə qızları bəyənirdiniz və sevə biləcəyiniz xanımda hansı xüsusiyyətlə olmalıdır? 
- Aktrisa Nina Dobrev ve ya Rusiyalı müğənni Nyusha bu tip qızlardan xoşlanırdım. Məktəb vaxtı sevdiyim qız bu məşhurlara bənzəyirdi. Sevəcəyim xanım məni sıxmamalıdı, diqqətcil, baxımlı olmalıdı, sevgisini əskik etməməlidi və mənim qadınım olduğunu hər addımda hiss etdirməlidir. 
 
 Onu buraxmazdım...
 
- Belə bir xanım qarşınıza çıxıb?
- Mənim saydığım kriteriyalara sahib biri qarşıma çıxsaydı onu buraxmazdım.
 
- Sizi ağladan qız olubmu? 
- Bu suala heç bir cavab vermirəm, qoy hamıya maraqlı qalsın. (Gülür)
 
- Sizin üçün sevilməyi hiss etmək vacibdir? 
- Həm də çox... Diqqət mərkəzində, zirvədə olmağı və sevilməyi hiss etməyi sevirəm. 
 
Mənə rəqs etməyi nənəm öyrədib
 
- Rəqslə aranız necədir?
Əla. Uşaqlıqdan yaxşı rəqs etməyi bacarıram və çoxları mənim rəqs etməyimi bəyənir. Sizə bir sirr açım. Mənə rəqs etməyi nənəm öyrədib. (Gülürük)
 
- İllər keçdikdən sonra da tanınmaq və sevilmək istərdiniz? 
- Bəzən gələcəkdə efirlə əlaqəsi olmayan daha yaxşı yüksək məvacibli  bir iş təklifi alsam nə qərar verəcəyimi düşünürəm? Mənə önəmli olan  pul deyil, bu sahəni sevirəm və yalnız aparıcı kimi qalmağı da düşünmürəm. Aktiyor kimi də filmlərdə rol almaq istərdim. 
 
- Həyat deviziniz nədir? 
- Mən hər zaman inkişafda olan biriyəm və çox tez-tez dəyişirəm. Təbii ki, müsbətə doğru həyat devizim də “dəyişək inkişaf edək” Amma bir devizim daha var.  Uğurlarımın bəlkə də yarısı ona əsaslanır: “Səbr hər şeyin açarıdır”.
 
Sosial şəbəkələrdə yayımla