"MZProduction"-ın Lider TV də yeni lahiyələri

"Deyilənə görə" efirinə "Antivirus" yüklənən "Lider " televiziyasında hamının ""FİT" olacağı "Analar məktəbi" açılır.Söhbət yeni mövsümdən "Lider" TV-də yayımlanacaq layihələrdən gedir.
"MZ Production" tərəfindən hazırlanılan verilişlərin anonsları artıq bir müddətdir ki, Lider TV-də yayımlanır.

Həftəiçi 5 gün saat 16:00-dan 17:00-dək  yayımlanacaq  "Antivirus" həyatınıza yüklənərək sizi bütün xəstəliklərdən qoruyacaq.Peçəkar dietoloq Leyla Zülfüqarlının aparıcısı olduğu verilişdə  sağlamlığınızla bağlı sizi narahat edən suallara cavab tapacaqsınız.

Həftənin cümə günü ,saat 22:00-dan 23:00-dək "Deyilənə görə"də heç nə gizli qalmayacaq. Efir məkanında yeni görünəcək  aparıcı Naid Şadxan sizi yerli və əcnəbi ulduzlardan xəbərdar edəcək.

 

Hər şənbə, saat 14:00-da "Fit" izləsəniz  əbədi gözəlliyin sirrini biləcəksiniz. Aparıcı Xəyalə Hüseynlini isə "Fit"də yeni obrazda görəcəksiniz.

 

Bazar günləri, saat 15:00 ilə 16:00 arasında "Analar məktəbi" görüşünüzə gələcək.Aparıcı Könül Şahzadənin təqdimatında bütün analar öz təcrübələrini bölüşərək sağlam ailə üçün çalışacaqlar.

Qeyd edək ki, "MZ Prodution" Azərbaycan Televiziyasında  hər bazat saat 19:00-da "Mən azərbaycanlıyam" və həftə içi hər gün saat 19:20-də  təqdim olunan  "MAG" verilişlərini də istehsal edir. 

Yeni mövsümdə "Lider" televiziyasında yayımlanacaq adıçəkilən proqramların informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.

Sosial şəbəkələrdə yayımla